15 C
Bakı
27 Sentyabr 2025 17:47
Kriminal

Cinayət işi açıldı: kütləvi şəkildə rüşvət, sağlam adamlara xəstə diaqnozu…

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb. İstintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova və digər şəxslər var.

 

“Trend”in yaydığı yeni məlumata görə,  hazırda daxil olan müvafiq şikayət əsasında Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparılır.

 

Məlumata görə, Mərkəzdə ciddi qanun pozuntularına yol verilib: xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Hətta Mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar.

 

Hazırda həbs edilənlər olmasa da, bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib.

 

Fotoda Nərmin İsmayılova

Fotoda Vəfa Kərimova

Fotoda Ülviyyə Əhmədova

Tacxeber.com

Oxşar xəbərlər

Zamirə Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

redaktor

Magistral su kəmərinə müdaxilə edib, hasar çəkdilər

admin

Azərbaycan təhlükəli cinayətkarı Hindistana təhvil verəcək

redaktor