2 C
Bakı
11 Fevral 2026 09:13
Dünyaİqtisadiyyat

Vəziyyət çox pisdir – Çubays

 

Rusiya yol ayrıcındadır. Ya müharibəni davam etdirməlidir, ya da yeni şərtlərlə razılaşmalı və ABŞ-la tərəfdaşlıq qurmalıdır.

 

Bunu rusiyalı oliqarx, “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays deyib.

“ABŞ irəliləyişdir. İqtisadiyyatın bir çox sahələrində onlar çox irəliyə gedib. Mən Rusiya iqtisadiyyatının real vəziyyətini bilirəm. Prezidentə təsir edən insanlar ona həqiqəti deməlidir. Elvira Nabiullina (Rusiya Mərkəzi Bankının rəhbəri – red.) bir çox cəhətdən vəziyyəti idarə edə bilir, lakin hər şeyin bir həddi var”, – Çubays bildirib.

 

Onun sözlərinə görə, ABŞ-ın Kremlə təzyiq göstərmək üçün geniş mexanizmləri var:

“Rusiyaya ABŞ-dan investisiyalar və texnologiyalar lazımdır. Bu, ölkəni müharibə vəziyyətinə keçidin dönməz nəticələrindən xilas etmək üçün bir şansdır. Rusiya müharibə bitdikdən sonra da onların üzərində yaşamağa davam edəcək, çünki texnika və silah ehtiyatları tükənib və yeni ehtiyatların istehsalı üçün illər lazım olacaq”. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Allergik reaksiyalar, dəri problemləri, sonsuzluq… – Rənglənən “kənd toyuqları” ciddi xəstəliklər yaradır – AÇIQLAMA

redaktor

Cənubi Koreya prezidenti ölkəni tərk edə bilməyəcək – QADAĞA QOYULDU

redaktor

Ukrayna Prezident Ofisinin rəsmisi Rusiyanın qoşunlarını ölkədən çıxarması ilə bağlı proqnoz verib

redaktor