23 C
Bakı
22 İyun 2025 20:38
İqtisadiyyat

Gömrük Hospitalı və “Yeni Klinika”da maaşlar niyə verilmir? – AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalı və “Yeni Klinika”nın əməkdaşlarının maaşlarını ala bilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

 

Tacxeber.comxəbər verir ki, Mərkəzi Gömrük Hospitalından “apa.az”a bildirilib ki, əməkdaşlara əməkhaqqı ödənişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.

 

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova həkimlərin məzuniyyət haqları, maddi yardım və mükafatlarının tam həcmdə ödənildiyini vurğulayıb:

 

“Bütün həkimlər pullarını vaxtında alırlar”.

 

TƏBİB-in “Yeni Klinika” ilə bağlı açıqlamasında qeyd edilib ki, “Yeni Klinika” ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:

 

“Həkimlərin əməkhaqları tam həcmdə ödənilib”.

Qeyd edək ki, bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalı və “Yeni Klinika”da çalışan həkimlərin maaşlarının ödənilməməsi ilə bağlı məlumatlar yayılıb.

 

Xüsusilə, Mərkəzi Gömrük Hospitalının həkimləri iki il ərzində maaşlarının ödənilməsində ciddi problemlərin yaşandığını bildiriblər. Bundan başqa “Yeni Klinika”da fevral ayı üçün əmək haqqının ödənilməməsinə dair iddialar da var.

Tacxeber.com

Oxşar xəbərlər

Fransa nüvə reaktorlarını yenidən işə salır – Nazir açıqladı

admin

Xaricdən kiloqramını 5 manata aldığımız ət Azərbaycanda niyə 12-13 manata satılır? – AÇIQLAMA

redaktor

Azərbaycanda siqaret bahalaşdı: yeni qiymətlər…

redaktor