Dünya

Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək

Azərbaycan Türkiyədə baş verən zəlzələdən sonra öz dəstəyini göstərib, müvafiq tədbirlər həyata keçirib.

 

Tacxeber.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

 

O vurğulayıb ki, bu sahədə işlər Mənzil İnşaatı Dövlət Agentliyi ilə birlikdə həyata keçirilib: “Dövlət Agentliyinin xətti ilə zəlzələdən zərər çəkən ərazilərdə bir məhəllə tamamilə yenidən qurulub”.

 

Onun sözlərinə görə, hazırda Ukrayna ilə bağlı müəyyən layihələr hazırlanmaqdadır: “Ukraynada bərpa işləri ilə bağlı müəyyən layihələr hazırlanmaqdadır. Gələcəkdə zərurət olduqca, təbii ki, Azərbaycan digər tərəfdaş ölkələrə, dost ölkələrə dəstəyini göstərməyə, təcrübəsini bölüşməyə hazırdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Şəngördən İstanbulla bağlı QORXULU PROQNOZ: yaxın zamanda baş verəcək

redaktor

70 yaşlı Putin: Onun haqda nələri bilmirik?

admin

Azərbaycanda bu tarixdə GÜCLÜ istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı…

redaktor