Dünya

Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək

Azərbaycan Türkiyədə baş verən zəlzələdən sonra öz dəstəyini göstərib, müvafiq tədbirlər həyata keçirib.

 

Tacxeber.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

 

O vurğulayıb ki, bu sahədə işlər Mənzil İnşaatı Dövlət Agentliyi ilə birlikdə həyata keçirilib: “Dövlət Agentliyinin xətti ilə zəlzələdən zərər çəkən ərazilərdə bir məhəllə tamamilə yenidən qurulub”.

 

Onun sözlərinə görə, hazırda Ukrayna ilə bağlı müəyyən layihələr hazırlanmaqdadır: “Ukraynada bərpa işləri ilə bağlı müəyyən layihələr hazırlanmaqdadır. Gələcəkdə zərurət olduqca, təbii ki, Azərbaycan digər tərəfdaş ölkələrə, dost ölkələrə dəstəyini göstərməyə, təcrübəsini bölüşməyə hazırdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Tanqo lazımdır, Qərb isə breykdans edir – Lavrovdan Ukraynada açıqlaması

redaktor

34 yaşlı homoseksual Fransanın baş naziri ola bilər

redaktor

Soçi hava limanı yanır – Foto

admin