18 C
Bakı
01 Aprel 2026 17:48
Siyasət

Sahil Babayevə yeni vəzifələr verildi – SƏRƏNCAM

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın və Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibləri dəyişdirilib.

 

Tacxeber.comxəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, adıçəkilən komissiyaların Azərbaycan tərəfindən sədri maliyyə naziri təyin edilib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini isə komissiyaların üzvləri siyahısına daxil edilib.

 

Qeyd edək ki, maliyyə naziri Sahil Babayevdir. S.Babayev fevralın 6-da Prezident İlham Əliyevin Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ordu yeni xəritə ilə bölgədə: İran beş yerə bölünür

admin

“Mətbuata baxırsan, bilən də, bilməyən də Rusiyadan danışır”

redaktor

İmamoğlu işində İsa Qəmbərin adı çəkildi – ŞOK

redaktor