10 C
Bakı
27 Mart 2026 12:43
Cəmiyyət

“Boşanmaların təşəbbüskarının 70%-i qadınlardır​”

Azərbaycanda boşanmaq üçün təşəbbüs göstərənlərin 70 faizi qadınlardır​.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə bildirib.

 

“Bunun səbəbi nədir? Məişət zorakılığı faktları var. Onlar xasiyyətlərin uyuşmamasını əsas gətirir. Görünür, daha dərin səbəblər var. Ailə qanunvericiliyi ilə bağlı yeni dəyişikliklər paketini hazırlamışıq. Bu yaxın zamanda Milli Məclisə təqdim olunacaq.

 

Adam oğurluğu cinayətlərinin əksəriyyəti qızqaçırma hallarıdır. Bunlar onu göstərir ki, ailə, qadın və uşaq hüquqları sahəsində qanunvericilik təkmilləşdirilməlidir”, – deyə T.İbrahimova qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Biri çıxıb deyir ki, Turan qururuq. Ay zalım oğlu, məktəb sökülüb, təhsil dağılıb ey.

redaktor

Azay Quliyev: “30 min əhalisi olan ərazidə poliklinika yoxdur”

redaktor

Biznes üçün hazır səhifə almaq məsləhət görülmür – SƏBƏB

redaktor