Dünya

Vəzifəsindən ayrılan baş nazir dil çıxarıb kreslosunu da özü ilə apardı – FOTO

Daha əvvəl Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayan Kanadanın keçmiş baş naziri Castin Trüdo İcmalar Palatasında doqquz ildən çox oturduğu kreslosunu özü ilə apararaq parlamenti rəsmən tərk edib.

 

Tacxeber.com xəbər verir ki, Trüdo həmin an fotoqraflara zarafatla dil çıxarıb və kameralara poza verib.

 

Onun bu hərəkəti səkkiz ildən çox davam edən siyasi karyerasının sonunu simvolizə etdiyi üçün geniş müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, Trüdo 2015-ci ildən Kanada hökumətinə rəhbərlik edib. O, bu ilin yanvarın 6-da Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini, lakin partiyadaxili seçkilər keçirilənə və yeni lider təyin olunana qədər baş nazir olaraq qalacağını açıqlamışdı.

 

Trüdo martın 10-da Liberal Partiyasının yeni lideri və ölkənin növbəti baş naziri Mark Karni ilə görüşüb.

Tacxeber.com

Oxşar xəbərlər

İsraili peşman edəcəyik – Pezeşkian

redaktor

Onun indiki vəziyyətində Azərbaycanı da itirmək ağılsızlıq olardı.

admin

Zelenski: Kurskda 11 min Şimali Koreya əsgəri var

redaktor