23 C
Bakı
22 İyun 2025 21:26
Dünya

Keçmiş prezidentin oğlu və qardaşı vətənə dönsə, həbs olunacaq – Japarov

Qırğızıstanın 2010-cu ildə devrilmiş keçmiş prezidenti Kurmanbek Bakiyevin qohumları vətənə qayıdacağı təqdirdə həbs olunacaqlar.

 

Tacxeber.comxəbər verir ki, bunu Qırğızıstanın dövlət başçısı Sadır Japarov “Kabar” dövlət informasiya agentliyinə verdiyi müsahibədə deyib.

 

“Maksim (Kurmanbek Bakiyevin oğlu) və Janış (Kurmanbek Bakiyevin qardaşı) Bakiyevlər ömürlük azadlıqdan məhrum ediliblər. Onlar gəlsələr, dəmir barmaqlılqar arxasına düşəcəklər”, – Japarov bildirib.

 

Onun sözlərinə görə, keçmiş prezidentin qohumlarına qarşı qəbul olunmuş məhkəmə qərarlarını heç kim dəyişə bilməz.

 

Kurmanbek Bakiyev 2010-cu ilin aprel ayında inqilab nəticəsində devrilib. Siyasi qarşıdurma zamanı ona sadiq hərbçilərlə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda 80-dən çox adam öldürülüb, yüzlərlə insan yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıya təcili enən nəhəng təyyarə: Niyə uçmadı?

redaktor

Britaniyalı polis: “İslamı mən yox, Allah məni seçdi” – VİDEO

redaktor

Qırğızıstan rəhbərliyinə sui-qəsd planladığı deyilən şəxslər Azərbaycana gətirildi – Fotolar

admin