19 C
Bakı
26 Sentyabr 2025 20:56
Dünya

Trampdan Qrenlandiya xalqına: Gəlin ABŞ-yə qoşulun

Qrenlandiyanı ölkəsinə birləşdirmək arzusundan vaz keçməyən ABŞ prezidenti Donald Tramp bunu növbəti dəfə dilə gətirib.

 

Tacxeber.com xəbər verir ki, Tramp sosial media platformasında açıqlamasında ABŞ Konqresindəki çıxışını xatırladaraq deyib:  “Çıxışımda açıq şəkildə qeyd etdiyim kimi, ABŞ Qrenlandiya xalqının öz gələcəyini təyin etmə haqqını güclü şəkildə dəstəkləyir.

 

Qrenlandiya xalqına İkinci Dünya müharibəsindən bəri olduğu kimi, sizi də qorumağa davam edəcəyik. Biz yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq. İstəyirsinizsə, sizi yer üzündəki ən böyük dövlətin, Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmağa dəvət edirik”.

 

Qrenlandiyanın ABŞ-nin milli və beynəlxalq təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Tramp qeyd edib ki, bu və ya digər şəkildə Qrenlandiyanı alacaqlar.

Tacxeber.com

Oxşar xəbərlər

Moskvada azərbaycanlı “qanuni oğru” SAXLANILDI – Deportasiya ediləcək

redaktor

Livanda ermənilər səfirliyimizə hücum etdilər – Video

redaktor

İstanbulda ZƏLZƏLƏ TƏHLÜKƏSİ: 1,5 milyon evin sakini köçürüləcək

redaktor