15 C
Bakı
29 Mart 2026 15:26
DünyaGündəm

“Kostyum geyinmədiyim üçün üzr istəyirəm” – Zelenski+Video

Ukrayna Prezidenti Volodimir Zelenski “Şevçenko mükafatı”nın təqdimat mərasimində çıxış edərkən tədbirə kostyumsuz gəldiyinə görə üzr istəyib.

 

“Qafqazinfo” xəbər verir ki, video dövlət başçısının ofisi tərəfindən sosial şəbəkələrdə yayımlanıb.

 

 “Bir daha bütün ukraynalı yaradıcılara çox təşəkkür edirəm. Kostyum geyinmədiyim üçün üzr istəyirəm”, – Zelenski gülümsəyərək deyib.

 

 Bundan sonra zalda alqış sədaları səslənib.

 

Qeyd edək ki, Zelenskinin ötən ay Ağ Evdə ABŞ lideri Donald Trampla danışıqlara geyindiyi geyim müzakirələrə səbəb olmuşdu. Belə ki, Ukrayna lideri görüşə kostyumla deyil, adi geyimdə gedib. Oval kabinetdə keçirilən görüşdə jurnalist Brayan Qlenn Ukrayna rəhbərindən kostyumunun olub-olmadığını soruşub. Qlenn daha sonra Zelenskiyə verdiyi bu suala görə minlərlə təhdid aldığını bildirib.

Oxşar xəbərlər

Daha 3 ölkə Ukraynaya qarşı? – “Bu, Kiyev üçün pis xəbərdir”

redaktor

Ukraynalı hakerlər yüz milyonlarla məlumatın yer aldığı Rusiya bazasını qırdı.

admin

Zeytun yağı günəbaxandan heç də faydalı deyil – Həkim

redaktor