25 C
Bakı
11 Avqust 2025 01:14
DünyaGündəm

“Kostyum geyinmədiyim üçün üzr istəyirəm” – Zelenski+Video

Ukrayna Prezidenti Volodimir Zelenski “Şevçenko mükafatı”nın təqdimat mərasimində çıxış edərkən tədbirə kostyumsuz gəldiyinə görə üzr istəyib.

 

“Qafqazinfo” xəbər verir ki, video dövlət başçısının ofisi tərəfindən sosial şəbəkələrdə yayımlanıb.

 

 “Bir daha bütün ukraynalı yaradıcılara çox təşəkkür edirəm. Kostyum geyinmədiyim üçün üzr istəyirəm”, – Zelenski gülümsəyərək deyib.

 

 Bundan sonra zalda alqış sədaları səslənib.

 

Qeyd edək ki, Zelenskinin ötən ay Ağ Evdə ABŞ lideri Donald Trampla danışıqlara geyindiyi geyim müzakirələrə səbəb olmuşdu. Belə ki, Ukrayna lideri görüşə kostyumla deyil, adi geyimdə gedib. Oval kabinetdə keçirilən görüşdə jurnalist Brayan Qlenn Ukrayna rəhbərindən kostyumunun olub-olmadığını soruşub. Qlenn daha sonra Zelenskiyə verdiyi bu suala görə minlərlə təhdid aldığını bildirib.

Oxşar xəbərlər

Arif Hacılının qızı Bəxtiyarla yazışmalardan danışdı

redaktor

“Maskın faşist salamı” – həqiqət başqa imiş… – FOTO

redaktor

Putinin “sülhü” budur: daha çox raket uçur – Kallas

redaktor