
Bəzən həyatımızda işlərimizin qəfil tərsinə döndüyünü görürük. Çoxları bunu gözdəymə ilə əlaqələndirir.
Bəs gözdəymə həqiqətən varmı, yoxsa bu sadəcə inancdır?
Mövzu ilə bağlı Ölkə.az-a danışan ilahiyyatçı Fərid Abdullah bildirib ki, gözə gətirmə ciddi məsələdir.
Onun sözlərinə görə, rəvayətlərdə də buna dair müvafiq dəlillər var:
“Gözə gətirmək kimi əməllər nəfsani mənşəli hesab edilir. Bir sözlə, bəzi nəfslər bədənlərindən kənara təsir edə bilirlər. Bəzən yol gedəndə nə isə hiss edirik. Dərhal başımızı qaldıranda eyvandan bizə kiminsə baxdığını görürük. Yaxud avtobusda gedəndə nə isə hiss edirik, üzümüzü çevirəndə isə kiminsə baxdığını görürük. Həm sünnilərin, həm də şiələrin hədis kitablarında gözdəyməni təsdiq edəcək çox sayda nəqllər mövcuddur. Müasir dövrümüzdə Qələm surəsinin axırıncı ayəsi ən çox yazılan Quran ayələrindəndir. İnsanların çoxu bu ayələri gözdəymə əleyhinə yazıb, üzərlərində daşıyırlar. Buna baxmayaraq bəzi insanlar var ki, gözdəyməni xurafat bilir və ona etina etmirlər”.
İlahiyyatçının fikrincə, elm inkişaf etdikcə insanın hansı potensiala malik olması da üzə çıxır: