32 C
Bakı
12 Avqust 2025 14:28
Cəmiyyət

Tahir Əmiraslanov Fuad Nağıyev haqda: Son 3 ildə mətbəximizə elə zərbə vurdular ki…

“Mənə qarşı olanların eybi yoxdur. Bu 3 ildə Milli Mətbəximizə elə zərbə vurdular ki, 30 ilə çətin düzələ. Hər şeyi ermənılərə verdilər. Bəla bundadır”.

Tacxeber.comxəbər verir ku, bu sözləri Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov Dövlət Turizm Agentliyi haqda deyib.

O qeyd edib ki, Fuad Nağıyev və komandası Prezidentin etimadını doğrultmayıb:

“Mətbəxi qorumaq, təbliğ etmək, inkişaf etdirmək üçün ayrılan pulları mətbəximizin əleyhinə yönəltdilər. Prezidentin etimadının, etibarının ən böyük şərəf və məsuliyyət olduğunu unutdular. Bunları pula satdılar.

Bu çox ağrıdıcıdır. Təəssüf edirəm”.

Xatırladaq ki, Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabındakı paylaşım edib və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib.

Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub. (Azxeber.com)

Tacxeber.com

Oxşar xəbərlər

Paytaxtın mərkəzində TƏHLÜKƏ: Binadan beton parçaları hər an qopub düşə bilər

redaktor

“Guya Azərbaycanda ərinə xəyanət edən qadın yoxdur?”

redaktor

Yusif Mustafayev: ““Uşaqpulu” verilmirsə, deməli, belə məsləhət bilirlər”

redaktor