4 C
Bakı
27 Dekabr 2025 03:25
Cəmiyyət

DSMF-dən avtomobillə vuraraq piyadanı öldürən məmurla bağlı AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədovun Qaxda piyadanı vuraraq ölümünə səbəb olması ilə bağlı DSMF məlumat yayıb.

 

Tacxeber.comxəbər verir ki, məlumata görə, hadisə Turan Əsədov iftardan qayıdarkən baş verib:

 

“Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonunun Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.

 

Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala Rayon Diaqnostika Mərkəzinə çatdırıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib.

 

Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.

 

Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcək”. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın ən qədim avtoxton əhalisi Dərbənd azərbaycanlılarıdır, Zülfüqarov xatırladıb

redaktor

Bəylər Əyyubovun qardaşə oğlu siqaret qaçaqmalçılığı iddiası ilə həbs edilib

admin

Sabiq nazirin oğlu: “400 minlik yeyintidən xəbərim olmayıb”

admin