31 C
Bakı
13 Avqust 2025 17:56
Dünya

Çin uçan avtomobillərin kütləvi istehsalına başlayır – VİDEO

Çin 2026-cı ildə uçan avtomobillərin kütləvi istehsalına başlayacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə “China Daily” məlumat yayıb.

Bildirilib ki, “XPeng”şirkəti dünyada uçan avtomobilləri kütləvi istehsal edən ilk istehsalçı olmağa hazırlaşır. Şirkət yerdə və havada hərəkət edə bilən hibrid avtomobil hazırlayır. Bu məqsədlə süni intellekt və ən son naviqasiya sistemlərindən istifadə edilir.

Avtomobillərin istehsalına 2026-cı ildə başlamaq planlaşdırılır və ilk modellər Çin bazarında peyda olacaq.

Artıq sosial şəbəkələrdə yeni avtomobili nümayiş etdirən videolar yayılmağa başlayıb. Yeni ixtiranın həm avtonom rejim, həm də əllə idarəetmə funksiyası olacaq.


Tacxeber.com

Oxşar xəbərlər

Putinin qardaşı haqqında məlumat tapıldı

redaktor

Erməni jurnalist övladlarını əsgərliyə göndərən valideynlərə səsləndi

redaktor

Rusiya Ukraynanı öz əsgərlərinin cəsədləri ilə doldurub

redaktor