19 C
Bakı
24 İyun 2025 01:35
Sağlamlıq

Zərərləri saymaqla bitməyən şirniyyatın faydaları da VAR İMİŞ…

Qidalanma orqanizmdə insanın əhval-ruhiyyəsinə təsir edən mühüm amillərdən biridir. Şirniyyatlar da əhvalı yaxşılaşdırmağa kömək edir.

Tacxeber.comxəbər verir ki, bu barədə dietoloq Roman Pristanski “Radio-1”ə açıqlamasında məlumat verib.

“İnsanda qidaya fizioloji ehtiyac var və yeməkdən sonra bədən istiliyi bir qədər yüksəlir, əhvalımız yaxşılaşır. Bu proses “termogenez” adlanır – qida maddələri sorulmağa və lazımi orqanlara çatmağa başlayır və orada hormonlar ifraz olunur”, – deyə həkim bildirib.

 

Mütəxəssisin sözlərinə görə, daha yağlı və karbohidratla zəngin olan yeməklər daha dadlı hesab olunur. Ona görə də, şirniyyat əhval-ruhiyyəni yaxşılaşdırır və qan təzyiqini normallaşdırır.

“Ancaq bu proses adi yeməyin həzm olunmasından daha sürətli baş verir. Çünki şirniyyatların tərkibində qlükoza və müxtəlif növ şəkərlər var ki, onlar artıq dildə sorulmağa başlayır və toxluq hormonu, dofamin, yəni sevinc daha tez ifraz olunur”, – deyə Pristanski izah edib.

Bununla yanaşı, dietoloq vurğulayıb ki, şəkər insanda ciddi asılılıq yarada bilər. Buna görə də şirniyyat istehlakında diqqətli olmaqda fayda var.

Tacxeber.com

Oxşar xəbərlər

4-cü dərəcə xərçəngi belə məğlub etdi

redaktor

İmmuniteti yüksəldən arı südü nədir? – Faydaları və istifadə qaydaları

redaktor

“Əsəbi insanların xərçəngə tutulma ehtimalının daha çox olması mifdir” – Onkoloq

admin