“Mahir “Qarabağ”a gedəndə 17 yaşı var idi, balaca idi. Eşidirdim ki, dostları ilə danışıb məşqdən sonra görüş planlayırdı. O anlarda zəng edirdim Qurban Qurbanova məlumat verirdim”.
Tacxeber.com xəbər verir ki, bunu Azərbaycan millisinin və “Nürnberq”in üzvü Mahir Emrelinin anası Elnurə Emreli idman jurnalisti Azər İsmayılın yutub verilişində deyib.
Ulduz futbolçunun anası bildirib ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov kiçik yaşlarında Mahirin və digər oyunçuların şəxsi həyatını da nizam-intizamlı saxlayıb.