26 C
Bakı
21 İyun 2025 20:27
DinGündəm

Elşad Mirinin bu sözləri QALMAQAL yaratdı – QMİ-dən reaksiya

İlahiyyatçı Elşad Miri yenidən islam dinində qəbir əzabının olmadığını iddia edib. Onun açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

 

Reallıq necədir? İslamda qəbir əzabı varmı?

 

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Rüfət Qarayev deyib ki, bu cür fikirlər hər zaman olub:

 

“Qiyamətə qədər belə insanlar ortaya çıxacaq. Həmin düşüncələrlə cəmiyyətdə müxtəlif çaşqınlıq yaradacaqlar. Təbii ki, elmi olan, Qurandan möhkəm yapışan biri heç vaxt buna getməyəcək. Lakin bütün hökmlər Quranda mövcud deyil. Bəzi məsələlərdə orada şifrəli hərflər var ki, onu Allah və rəsulu bilər. Məsələn, müəyyən ayədə namaz qılmaq buyurulub, amma forması qeyd edilmir. Onu isə bizə Allah rəsulunun hədisləri açıqlayır”.

 

İlahiyyatçı bildirib ki, qəbir əzabının modeli, forması da bilinmir:

 

“Amma xanım Xədicənin (ə) belə bundan qorxduğunun şahidi oluruq. O, “Ey Allahın rəsulu, səndən yalnız bir şey istəyirəm, o da əbandır. Dünyadan köçəndə məni o əbaya büksünlər, qəbir əzabından çox qorxuram”, deyirdi. Peyğəmbərin xanımı belə qəbir əzabından danışıb. Belə fikirlər də var ki, insan birdən suda boğulub, cəsədi tapılmayıb və ya odda yanıbsa, necə olacaq?! Təbii ki, Allaha heç nə çətin deyil. Bir insana əzab vermək istəyirsə, suya, oda, havaya və sair əmr edər və onlar insanı sıxar. Allaha tam inanan insanın imanında şübhə yoxdursa, bu kimi məsələlərdə də ixtilafa düşməz, düşüncəsini fərqli istiqamətlərə aparmaz”.

Tacxeber.com

Oxşar xəbərlər

Son dəqiqə: Azərbaycan rəsmiləri Xankəndiyə daxil olur – Danışqılar başladı

admin

Sərhəddəki insident buna görə baş verib – Foto

redaktor

ƏVƏZ ZEYNALLI VƏ ELÇİN SADIQOV HAQDA HƏBS QƏRARI – Məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçdi (Yeniləndi)

redaktor