4 C
Bakı
26 Dekabr 2025 08:00
DünyaGündəm

Zelenskinin dizayneri azərbaycanlı imiş – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenskinin dizayneri Elvira Həsənova dövlət başçısının qalmaqalla yadda qalan ABŞ səfərində geyindiyi geyim tərzini şərh edib.

Tacxeber.com xəbər verir ki,  “Financial Times” qəzetinə verdiyi müsahibəsini Elvira Həsənova özünün sosial şəbəkə hesabında paylaşaraq Zelenskinin kostyumdan istifadə etməməsi sualına aydınlıq gətirib:

 

“Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil. Bu, Zelenskinin dünyaya mesajının bir hissəsidir və onun xalqının yanında olduğunun isbatıdır… O, müharibə dövrünün lideridir. Müharibə dövründə siyasətçilərə belə kostyumlar lazım deyil. Əsgərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilmərik. Bu, seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir”.

Xatırladaq ki, Ağ Evdə keçirilən qalmaqallı Tramp-Zelenski görüşü zamanı Ukrayna Prezidentinin geyim tərzi tənqid edilib və Tramp ona “sənin ümumiyyətlə kostyumun var?” sualını ünvanlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya böyük hücuma bu tarixdə başlayacaq

redaktor

“Lotu Quli”ni öldürməkdə şübhəli bilinən Xandan ŞOK İFADƏ – Məni yumruqladı – VİDEO

admin

Tramp-BBC qalmaqalı: Üzr istəyirik, amma 1 milyardı verməyəcəyik

redaktor