11 C
Bakı
30 Mart 2026 04:24
Cəmiyyət

Təyyarədə çəkilişə və tütün çəkməyə görə cərimələr ARTIRILIR: 500 manat…

Hava gəmisində davranış qaydalarının pozulmasına görə cərimələr artırılır.

 

Tacxeber.comxəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Qanun layihəsinə əsasən, hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının (komanda verən pilotun, yaxud onun adından digər heyət üzvünün) qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

 

Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik (elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

 

Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi ilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 200 manat məbləğində cərimə tətbiq edilir.

 

Hava nəqliyyatında tütün çəkməyə görə 500 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Allahşükür Paşazadənin 40 illik QƏFLƏT YUXUSU: İranın xəyanətlərinə göz yuman Şeyxdən gecikmiş ETİRAF

admin

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti – Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

admin

Uşaqlar arasında yayılan virus: Qızılca ilə oxşardır, amma… – Valideynlərə XƏBƏRDARLIQ

redaktor