22 C
Bakı
18 Avqust 2026 05:04
İqtisadiyyat

Gələn ildən közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir

60 Vt və yuxarı gücə malik olan közərmə lampaların idxalı, istehsalı və satışı qadağan edilir.

 

Tacxeber.com-ın APA-ya istinadən xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağandır:

 

– 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən;

 

– 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları 2026-cı il iyulun 1-dən.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya taxıl ixracı Ukrayna hücumları səbəbindən iflic oldu

redaktor

Azərbaycan benzini İrəvanda, erməni malları Bakıda

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin