11 C
Bakı
29 Mart 2026 10:52
Sağlamlıq

Uşaqlarda bu qüsurları yaradır – Energetik içki XƏBƏRDARLIĞI

Energetik içkilərin tərkibində olan tonuslandırıcı maddələr uşaqların orqanizminə mənfi təsir göstərir.

 

Tacxeber.com “İzvestiya”ya istinadla xəbər verir ki, bu sözləri rusiyalı kardioloq Yuri Serebryanski deyib.

 

Onun sözlərinə görə, energetik içkilərin həddindən artıq istehlakı uşaqlarda ürək qüsurlarına, ürək ritminin pozulmasına və bu orqanın ölçüsünün böyüməsinə səbəb ola bilər. O qeyd edib ki, xüsusilə fiziki fəaliyyət fonunda kofein və digər tonuslandırıcı maddələrin qəbulu ciddi aritmiyaya yol aça bilər.

 

Eyni zamanda energetik içkilər uşaqlarda yuxusuzluq, iş qabiliyyətinin azalması və panik ataklara yol aça bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Kişmiş suyunun sağlamlığa faydaları – VİDEO

redaktor

Hər səhər yumurta yemək həyatınızı xilas edə bilər

admin

İnsan bədəninin heç vaxt ölməyən hissəsi

redaktor