ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən olan 4 nəfər Ukrayna müxalifəti ilə gizli görüşlər keçirib.
Tacxeber.com “Politico” istinadən xəbər verir ki, danışıqlar “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” partiyasının nüfuzlu üzvləri ilə aparılıb.
Görüşdə tərəflər hərtərəfli sülh danışıqlarına başlamazdan əvvəl seçkilərin keçirilməsi imkanları müzakirə edilib. Nəşrin yazdığına görə, Trampın ətrafı hesab edir ki, Ukraynanın hazırkı prezidenti Volodimir Zelenski hərbi əməliyyatlardan yorulduğuna, eləcə də ölkədəki korrupsiyaya görə seçicilərdən dəstək almayacaq.