Dünya

Trampın komandası Ukrayna müxalifəti ilə gizli danışıqlar aparıb

ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən olan 4 nəfər Ukrayna müxalifəti ilə gizli görüşlər keçirib.

 

Tacxeber.com “Politico” istinadən xəbər verir ki, danışıqlar “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun “Avropa Həmrəyliyi” partiyasının nüfuzlu üzvləri ilə aparılıb.

 

Görüşdə tərəflər hərtərəfli sülh danışıqlarına başlamazdan əvvəl seçkilərin keçirilməsi imkanları müzakirə edilib. Nəşrin yazdığına görə, Trampın ətrafı hesab edir ki, Ukraynanın hazırkı prezidenti Volodimir Zelenski hərbi əməliyyatlardan yorulduğuna, eləcə də ölkədəki korrupsiyaya görə seçicilərdən dəstək almayacaq.

 

Onu da qeyd edək ki, Ukraynanın sabiq prezidenti Petro Poroşenko fevralın 16-da “Censor.net” müsahibəsində prezident seçkilərinin 2025-ci ilin oktyabrın 26-da keçiriləcəyini qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Beynəlxalq Kosmik Stansiyada ilişib qalan NASA astronavtları Yerə 2025-ci ildə qayıdacaq

redaktor

Vucic etirazçıları insanları diri-diri yandırmağa çalışmaqda ittiham edib

redaktor

İki ölkə dollardan rəsmən imtina etdi

redaktor