21 C
Bakı
22 İyun 2025 07:30
Dünya

Lukaşenko: Putin belə düşünmürdü, Zelenskiyə yazığım gəlir

“Mən Zelenskiyə dedim ki, ABŞ-də hakimiyyətə yeni administrasiya gələcək və siyasət dəyişəcək. Müharibədə sizi heç kim dəstəkləməyəcək”.

 

Tacxeber.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində  deyib.

 

O əlavə edib ki, belə oldu: “Belə bir proses proqnozlaşdırılırdı. Ona görə yox ki, mən böyük proqnozlaşdıran adamam. Amma dediyim hər şey mediada var. Müvafiq səsyazma var. Bütün bunlar olub.

 

Mənim Zelenskiyə yazığım gəlir. Mən onunla öz oğlum kimi davranırdım. Bizim çox yaxşı münasibətlərimiz var idi”.

 

Putinin Ukrayna müharibəsi ilə bağlı mövqeyinə gəldikdə Lukaşenkonun fikrincə, Putin proseslərin belə bir müharibə ilə nəticələnəcəyini düşünmürdü:

 

“Əks halda, o, danışıqlara getməzdi. Çoxlu sayda insanın həlak olduğunu görəndə Putin dərhal münaqişəni dayandırmaq, razılığa gəlmək üçün danışıqlara getdi. Amma müharibədən qaçmaq üçün hər zaman seçim var. Putinin bəlkə də, belə bir seçimi var idi”.

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyevdən ömürlük məhkumlarla bağlı qanun

redaktor

Trampın qızı ərə getdi – Fotolar

admin

“Mask mənə qarşı kobud idi” – Bill Qeyts dünyanın ən varlı adamı ilə münasibətlərindən şikayətləndi

redaktor