16 C
Bakı
27 Sentyabr 2025 02:38
Dünya

Dəstəyə ümid edirik, görüşə hazırlaşıram – Zelenski

Yaxın vaxtlarda Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri nəzərdə tutulur.

 

Tacxeber.com xəbər verir ki, bunu dövlət başçısı özü deyib.

 

“Komandalarımız Ukrayna və Amerika Birləşmiş Ştatları görüş üzərində işə başlayıb. Andrey Yermak və Mixael Uolts danışıblar. Müsbət nəticələr var. Ümid edirik ki, gələn həftə ilk nəticələri görəcəyik”, – Zelenski qeyd edib.

 

Zelenski onu da əlavə edib ki, Ukrayna hazırda beynəlxalq müstəvidə aktiv diplomatiya yürütməkdədir.

 

O həmçinin bildirib ki, martın 6-da Brüsseldə keçiriləcək Aİ sammitinə fəal şəkildə hazırlaşır.

 

“Biz həmçinin Avropaya inteqrasiyaya, yəni üzvlük danışıqları prosesində klasterlərə aid olan Avropa istiqamətində hərəkəti bərpa etməliyik. Biz tərəfdaşlarımızın dəstəyinə ümid edirik”, – Zelenski əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Vitali Balasanyanın “QƏLƏMİ QIRILDI”: Ermənistan Milli Təhlükəsizlik Xidmətində.

admin

İndi məlum olur ki, hazırda həyata keçirilən proje elə o vaxtdan hazırlanırmış …..

admin

Ağ Ev: Tramp İsrailin Suriyaya və Qəzzadakı kilsəyə aviazərbələrindən xəbərsiz olub

redaktor