25 C
Bakı
23 İyun 2025 16:03
Dünya

Avropanın ən güclü ordusu: Rusiya, Ukrayna və Türkiyə?

Ukrayna ordusu Avropada Rusiya ordusundan sonra ikinci ən böyük ordudur.

 

Bu barədə “Bild” nəşri məlumat yayıb.

 

Bildirilib ki, hazırda Rusiya 1,3 milyon əsgərlə Avropa qitəsində ən böyük orduya malikdir. İkinci yerdə 900 min əsgərlə Ukrayna, üçüncü yerdə isə 355 min əsgərlə Türkiyə qərarlaşıb.

 

Rusiya və ABŞ-ın hərbi potensialı da müqayisə edilib. Vurğulanıb ki, Rusiyanın daha çox tankı var – 5750 ədəd, ABŞ-da isə bu, 4640 ədəddir. ABŞ döyüş təyyarələrinin sayında üstünlüyə malikdir – 2680 (Rusiyada 1520).

 

Nəşr qeyd edir ki, Avropa ölkələri iqtisadi baxımdan Rusiyanı əhəmiyyətli dərəcədə üstələyir və bu, Moskvanın hərbi sahədə imkanlarını məhdudlaşdırır.

 

Bununla yanaşı, Rusiya iqtisadiyyatı artıq hərbi ehtiyaclara tam uyğunlaşdırılıb. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan rəhmətlik Vəzirovu xatırlatdı…-VİDEO

redaktor

“Azərbaycan və Türkiyə ordusu birgə döyüşəcək” – RƏY

redaktor

AZAL təyyarəsinin “qara qutu”ları açıldı

redaktor