11 C
Bakı
29 Mart 2026 22:30
Cəmiyyət

Şair Həsən Kürün son vəziyyəti açıqlandı

Şair Həsən Kürün son vəziyyəti açıqlandı

“Sevinc Mall” ticarət mərkəzinin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd edən gənc şair Həsən Zeynallı (Kür) süni tənəffüs aparatından ayrılıb, vəziyyəti stabilləşib.

 

Bu barədə Oxu.Az-a açıqlamasında Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.

 

O bildirib ki, xəstənin əməliyyata ehtiyacı yoxdur:

 

“Ötən həftə xəstə kompüter tomoqrafiyasından (KT) keçirilib. KT-nin nəticəsindən belə qərara gəldik ki, əməliyyata ehtiyac yoxdur. Lakin səhhətini sıx təqib etmək lazımdır. Xəstənin başından qan sovrulmayıb. Ona görə də, hələ ki travmatoloqun müdaxiləsi mümkün deyil. Müalicəsi davam etdirilir. Onun heç bir hərəkəti məhdudlaşmayıb, əl-qol, ayaq refleksləri normaldır, nitqi də yerindədir”.

 

Xatırladaq ki, maddi problemlərə görə intihar edən gənc şairin vəziyyətinin ağır olduğu bildirilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan mətbuatının 150 illik yubileyi: Azad sözün yas mərasimi

admin

Tolik niyə cəzalandırılmır?

redaktor

“Bakıda güclü zəlzələ olsa, bu ərazidəki bütün binalar yerlə-yeksan olacaq…” – Keçmiş Baş memar

redaktor