28 C
Bakı
11 Avqust 2025 20:49
Dünya

Millimizin sabiq futbolçusu Moskvada həbs edildi

Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyanın paytaxtı Moskvada həbs olunub.

 

Tacxeber.com axar.az-a istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin külli miqdarda dələduzluq işində iştirak etməsi olub.

 

Bildirilib ki, A.Abatsiyev cinayətkarların 79 yaşlı moskvalı təqaüdçünü 14 milyon rublu təhvil verməyə razı sala bildiyi dələduzluq sxemində kuryer kimi fəaliyyət göstərib.

 

Xatırladaq ki, sabiq futbolçu 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq oyununda (0:2) iştirak edərək Azərbaycan millisinin heyətində bir oyun keçirib. Klub səviyyəsində yarımmüdafiəçi Azərbaycanda “Sumqayıt” və “İnter” (red – indiki “Şamaxı”) klublarında çıxış edib. Eləcə də Rusiya təmsiçiləri “SKA Rostov”, “Olimp Ximki”, “Mashuk-KMV” və “Armavir”də top qovub.

Tacxeber.com

Oxşar xəbərlər

İran çağırış etdi: İsrailə yanacaq göndərməyin

redaktor

Zelenskini lağa qoyan İlon Maska tənqid yağdı – FOTO

redaktor

Rekordlar dövrü sona çatır, havalar soyuyacaq

redaktor