Dünya

Millimizin sabiq futbolçusu Moskvada həbs edildi

Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyanın paytaxtı Moskvada həbs olunub.

 

Tacxeber.com axar.az-a istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin külli miqdarda dələduzluq işində iştirak etməsi olub.

 

Bildirilib ki, A.Abatsiyev cinayətkarların 79 yaşlı moskvalı təqaüdçünü 14 milyon rublu təhvil verməyə razı sala bildiyi dələduzluq sxemində kuryer kimi fəaliyyət göstərib.

 

Xatırladaq ki, sabiq futbolçu 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq oyununda (0:2) iştirak edərək Azərbaycan millisinin heyətində bir oyun keçirib. Klub səviyyəsində yarımmüdafiəçi Azərbaycanda “Sumqayıt” və “İnter” (red – indiki “Şamaxı”) klublarında çıxış edib. Eləcə də Rusiya təmsiçiləri “SKA Rostov”, “Olimp Ximki”, “Mashuk-KMV” və “Armavir”də top qovub.

Tacxeber.com

Oxşar xəbərlər

DÇ-2026-da günün oyunları – Meksika 1/8 finalda

admin

Pekin səfərinin pərdəarxası: Lukaşenko çıxış yolu axtarır

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor