12 C
Bakı
29 Mart 2026 01:47
Dünya

Millimizin sabiq futbolçusu Moskvada həbs edildi

Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyanın paytaxtı Moskvada həbs olunub.

 

Tacxeber.com axar.az-a istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin külli miqdarda dələduzluq işində iştirak etməsi olub.

 

Bildirilib ki, A.Abatsiyev cinayətkarların 79 yaşlı moskvalı təqaüdçünü 14 milyon rublu təhvil verməyə razı sala bildiyi dələduzluq sxemində kuryer kimi fəaliyyət göstərib.

 

Xatırladaq ki, sabiq futbolçu 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq oyununda (0:2) iştirak edərək Azərbaycan millisinin heyətində bir oyun keçirib. Klub səviyyəsində yarımmüdafiəçi Azərbaycanda “Sumqayıt” və “İnter” (red – indiki “Şamaxı”) klublarında çıxış edib. Eləcə də Rusiya təmsiçiləri “SKA Rostov”, “Olimp Ximki”, “Mashuk-KMV” və “Armavir”də top qovub.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə Suriya və İraqda hərbi varlığını genişləndirə bilər – “Hürriyet”

admin

İlham Əliyev: “Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə”

redaktor

İranda “WhatsApp” da bloklandı

redaktor