22.2 C
Bakı
10 İyun 2026 06:10
Cəmiyyət

İki qardaş Ekologiya Nazirliyindən getdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çalışan Asif Verdiyev və Rafiq Verdiyev qardaşları Azərbaycan Su Ehtiyatları Agentliyində (ADSEA) işə başlayıblar.

 

Modern.az-ın məlumatına görə, Asif Verdiyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru vəzifəsində çalışıb.

 

Ona ADSEA-ya daxil olan qurumların birində vəzifə verilib.

 

Rafiq Verdiyev isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini vəzifəsində işləyirdi. O, bir müddət əvvəl Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri vəzifəsinə başlayıb.

 

Hər iki təyinat bu ilin əvvəlində baş tutub.

Tacxeber.com

Oxşar xəbərlər

Bir günü 1200 manata evlər – Bölgələrdə istirahət neçəyə başa gəlir? -VİDEO

redaktor

Jurnalistdən zorakılıqla bağlı təcridxanada izahat alınıb

admin

Azərbaycan Türkiyədən 6 baş eşşək alışına 16 min manat ödəyib

admin