24 C
Bakı
23 İyun 2025 09:54
Dünya

Alimlərdən XƏBƏRDARLIQ – Zəlzələlər ola bilər

Yaponiyalı alimlərin apardığı yeni araşdırma Günəşin aktivliyinin Yerdəki seysmik proseslərə təsir edə biləcəyini göstərib.

 

Tacxeber.com xəbər verir ki, Tsukuba Universiteti və Yaponiyanın Qabaqcıl Sənaye Elmi və Texnologiyaları Milli İnstitutunun tədqiqatçıları bu mövzuya dair maraqlı nəticələr əldə ediblər.

 

Tədqiqatçılar Günəş aktivliyi, yeraltı hərəkətlər və Yer səthinin temperaturu ilə bağlı məlumatları analiz edərək müəyyən ediblər ki, Günəşdən yayılan istilik süxurların fiziki xassələrini dəyişdirə bilər.

 

Temperatur dəyişikliyi süxurların daha kövrək hala gəlməsinə və çatlamasına səbəb ola bilər. Bununla yanaşı, bu proses yeraltı suların hərəkətinə təsir edərək tektonik plitələrin sərhədlərindəki təzyiqin dəyişməsinə gətirib çıxara bilər.

 

Alimlər bildirirlər ki, bu təsirlər nisbətən zəif olsa da, seysmik aktivliyə müəyyən təsir göstərə bilər. Onların fikrincə, Günəş aktivliyi ilə bağlı proqnozların Yer temperatur modellərinə daxil edilməsi zəlzələlərin daha dəqiq proqnozlaşdırılmasına kömək edə bilər.

 

Bu kəşf, gələcəkdə seysmik fəaliyyətin daha dəqiq izlənilməsinə və potensial təbii fəlakətlərin daha erkən müəyyən olunmasına töhfə verə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Çin insan yerinə robot istehsalına keçir: “Səhər yeməyi istəmir, maaş almır, 24/7 işləyir…”

redaktor

Rusiyanın insan itkisi 410 minə çatır – Yeni siyahı

admin

Bu ölkənin tarixində ilk müsəlman baş nazir: Rəsmi iqamətgahda namaz qıldı, and içdi

redaktor