Dünya

Zelenskinin impiçmenti üçün spikerə müraciət edildi – SƏNƏD

Ukrayna prezidenti Volodimir Zelenskinin impiçmentinə başlanması tələb edilib.

 

Tacxeber.comxəbər verir ki, Ali Radanın deputatı Oleksandr Dubinski belə bir bəyanatla çıxış edib.

 

Rada spikerinə müraciətində o qeyd edib ki, bunun əsası onun Ağ Evdəki “diplomatik uğursuzluğu” olub, nəticədə Ukrayna ABŞ-nin qeyd-şərtsiz dəstəyini itirib.

 

“Bu gün, 3 mart 2025-ci ildə mən Ali Radanın sədri Ruslan Stefançuka prezident Volodimir Zelenskiyə qarşı impiçment proseduruna başlamaq üçün rəsmi sorğu göndərdim.

 

Bunun əsası onun Ağ Evdəki diplomatik uğursuzluğu olub, nəticədə Ukrayna ABŞ-ın qeyd-şərtsiz dəstəyini itirib. Bu uğursuzluq səriştəsiz idarəçiliyin, dağıdıcı xarici siyasətin, müxalifətin repressiyalarının və hakimiyyətin mənimsənilməsinin nəticəsidir”, – deyə o bildirib.

Eyni zamanda, Ali Rada Ağ Evdə Zelenski ilə görüşündən sonra ABŞ prezidenti Trampın müharibənin həllinə dair sülh təşəbbüslərini alqışlayan bəyanat yayıb. Bəyanatda həmçinin, xüsusilə mineral ehtiyatlar sahəsində ABŞ ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

 

Xatırladaq ki, ötən günlərdə Oval kabinetdə görüşdən ABŞ və Ukrayna liderları arasında gərginlik yaşanıb. Tərəflər bir-birini ittiham ediblər və nəticədə Tramp Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı qərar verib.

Tacxeber.com

Oxşar xəbərlər

Sülhün geosiyasəti: ABŞ Cənubi Qafqazın yeni qaydalarını yaza biləcəkmi?

admin

Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq

redaktor

Britaniyada 10 günlük matəm elan edildi

redaktor