Dünya

Tramp Ukraynaya silah yardımını DAYANDIRDI

ABŞ prezidenti Donald Tramp Ukraynaya silah yardımını dayandırıb.

Tacxeber.com xəbər verir ki, bu informasiyanı Ağ Evin sözçüsü CNN-ə təsdiqləyib.

“Prezident sülhə sadiq olduğunu açıq şəkildə bildirdi. Bizim tərəfdaşlarımızın da bu məqsədə sadiq olmasına ehtiyacımız var. Biz yardımımızı dayandırırıq və bunu yenidən nəzərdən keçiririk. İnanırıq ki, bu, sülhə töhfə verəcək”, – bəyanatda deyilir.

Sözçü əlavə edib ki, hazırda Ukraynaya gedən və ya tranzit zonalarda tədarükünü gözləyən bütün Amerika hərbi texnikası Kiyev sülh danışıqlarına sadiqliyini nümayiş etdirməyincə ölkəyə daxil olmayacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp: “Ukrayna münaqişəsinin həlli Yaxın Şərqdəki vəziyyətdən daha çətin ola bilər”

redaktor

İsrail İrana hücum etdi: Xamenei, odla oynamağın bir hesabı var

redaktor

Ukraynanın bu zərbələri Rusiyanı çətin duruma salır

redaktor