GündəmSiyasət

Lavrovla 600 milyonluq şərikli biznesinin olması ilə bağlı Elmar Məmmədyarovdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bəzi media orqanlarında Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla şərikli bizneslərinin olduğu ilə bağlı məlumatlar yayılıb.

 

İddiaya görə, Lavrovun Rusiyada nəhəng biznes şəbəkəsi var. O, konsulluqlara xidmət edən şirkətlərə sahibdir. Həmin şirkətlərin illik dövriyyəsi 600 milyon dollardan yuxarıdır. Üstəlik, Məmmədyarov nazir olduğu dövrdə əsas yatırımlarını Rusiya XİN rəhbərinin şirkətlərinə yönəldib və oradan böyük gəlir götürür.

 

Tacxeber.com xəbər verir ki, məsələ ilə bağlı Bizim.Mediasabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb. Sabiq nazir məlumatı gülüşlə qarşılayıb və bildirib ki, informasiyanı yayan adamlar araşdırmalarını sona qədər aparsalar, yaxşı olar:

 

“Mənə bağlılığı olan hər hansı şirkəti aşkar etsələr, həmin şirkəti tapan adama bağışlayacağam. Yazırlarsa, deməli əllərində fakt var. Lap yaxşı qoy o faktın axırına qədər getsinlər, tapsınlar və qazansınlar. Söz verirəm ki, adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəm”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı rektorun müşaviri Banqladeşin baş naziri oldu

admin

“Məclis info işi” üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan edilib

redaktor

Xırdalandakı qalmaqallı bağça ilə bağlı daha bir ŞİKAYƏT: “Korrupsiyaya görə direktor çıxarılandan sonra övladımı rus sektoruna götürmürlər…” – ÖZƏL

admin