30 C
Bakı
10 Avqust 2025 19:53
Siyasət

Alman politoqlar: Tramp Putin komandasına keçir

“Sadə dillə desək, ABŞ Prezidenti Donald Tramp Putin komandasına keçir. Əgər avropalılar güclərini birləşdirməsələr, özlərini müdafiə edə bilməsələr və qlobal cənubda yeni tərəfdaşlar axtarmasalar, öz əhəmiyyətlərini itirəcəklər”.

 

Tacxeber.com xəbər verir ki, bunu Münhendəki Bundesver Universitetinin professor, siyasi ekspert Karlo Masala ABŞ-Avropa münasibətlərini şərh edərkən deyib.

 

Ekspert hesab edir ki, ABŞ yaxın gələcəkdə Avropa üçün etibarlı dəyərlər və maraqlar tərəfdaşı olmayacaq.  “Bu vəziyyətdə Avropa öz gələcəyini müəyyən edən qüvvə olmaq əvəzinə, başqalarının maraqlarının oyun alətinə çevrilə bilər”, – o qeyd edib.

 

ABŞ-Avropa və ABŞ-Ukrayna münasibətlərinə toxunan digər almaniyalı politoloq Klaudiya Major  isə hesab edir ki, bu prosesdə Ukrayna qurban veriləcək.
Onun fikrincə, ABŞ  artıq Avropa üçün təhlükəsizlik riskinə çevrilməkdədir.

 

“Biz etiraf etməliyik ki, ən vacib müttəfiqimiz artıq müttəfiq kimi davranmır, əksinə, Avropa üçün təhlükəsizlik riskinə çevrilir”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Samvel Babayan deyir ki, haylara “xüsusi status” verilməsə, onlar geri qayıtmayacaq…

admin

Qusmanın işdən çıxarılması necə Rusiya təbliğatının karnavalına çevrildi

redaktor

NATO-ya üzvlük əvəzinə ərazi mübadiləsi: Ukrayna və Rusiya arasında danışıqların əsası AÇIQLANDI

admin