Cəmiyyət

“Bakı Metropoliteni”ndə yeni təyinat: Tərlan Həsənli rəis oldu

Bakı Metropoliteni QSC-nin Təchizat Departamentinə yeni rəis təyinatı olub.

 

Tacxeber.com xəbər verir ki, rəhbərliyin müvafiq qərarı ilə bu vəzifəyə Tərlan Həsənli təyin edilib.

 

Qeyd edək ki, Tərlan Həsənli Bakı şəhərində anadan olub. O, yeni təyinatından əvvəl bir çox tanınmış holdinq və şirkətlərdə, o cümlədən “Gilan Holdinq”, “AZ Group” və “Pasha Group”a daxil olan müvafiq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

 

Azərbaycan Texniki Universitetində Biznesin təşkili və idarə olumması üzrə bakalavr təhsili aldıqdan sonra T.Həsənli təhsili xaricdə davam etdirib. O, 2023-cü ildə İngiltərənin satınalmalar üzrə CIPs İnstitutunun diplomunu əldə edib.

 

T.Həsənli hazırda ADA və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Maliyyə üzrə biznesin idarə edilməsi üzrə (MBA) təhsilini davam etdirir.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin