20 C
Bakı
24 İyun 2025 07:01
Dünya

“Putini dayandırmasaq, bu 2 ölkəyə hücum edəcək”

“Putini dayandırmalıyıq, əks halda özü dayanmayacaq”.

 

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

 

“Növbəti Moldova, daha sonra isə Rumıniya olacaq. Rusiya həddən artıq silahlanmış və aqressiv dövlətdir. O, Avropada olduğu kimi, Fransada da genişmiqyaslı terror aktları, kampaniyalar həyata keçirir. Ortada olan bizim təhlükəsizliyimizdir.

 

Əgər kimsə Üçüncü Dünya müharibəsinə aparırsa, bu, Putindir. Məhz o, 3 il əvvəl aqressiyanı başlatdı. Kreml Avropaya 10 min Şimali Koreya əsgəri gətirib. O, İrandan PUA-lar istəyir, nüvə proqramının inkişafına kömək edir ki, Avropa qitəsində müharibəni genişləndirsin”, – Makron bildirib. (Globalinfo.az)

Tacxeber.com

Oxşar xəbərlər

İrəvana ilkin şərtimiz yoxdur, sadəcə, bunu istəyirik

admin

“Tramp Ağ evə dönərsə, ABŞ-ı NATO-dan çıxara və Alyansı dağıda bilər- “The New York Times”

admin

Türkiyənin ən bahalı şəxsi təyyarəsini görün kim aldı – FOTO

redaktor