25 C
Bakı
11 Avqust 2025 00:30
DünyaMuharibəSiyasət

Polşadan başqa digər Avropa dövlətləri Trampın sözlərini qulaqardına vurdular.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Londonda Ukrayna ilə bağlı sammitdə deyib ki, təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik.

 

Bu sözləri illərdir eşidirik, ortada isə hərəkət yoxdur. Krımın ilhaqından 11 il, Rusiyanın Ukraynanın şərqinə hərbi müdaxiləsindən sonra isə 3 ildən çox vaxt keçib və bu müddətdə Avropanın bir çox lideri, o cümlədən NATO və Avropa İttifaqı rəhbərləri elə hey “təcili silahlanmalıyıq” deyirlər.

 

Donald Trampı bəyənməsək belə, o hələ ötən prezidentlik müddətində Avropa dövlətlərindən hərbi xərclərini artırmağı tələb etmişdi. Polşadan başqa digər Avropa dövlətləri Trampın sözlərini qulaqardına vurdular, düşündülər ki, Avropanın təhlükəsizlik yükünü əvvəlkitək ABŞ daşımaqda davam edəcək.

 

Tramp bu dəfə açıq deyib ki, başınızın çarəsinə baxın. Avropa ölkələrinin təcili silahlanması zaman alacaq, buna qədər isə Rusiya işğalı genişləndirməyə çalışacaq, Ağ Evdəki qalmaqaldan sonra ABŞ Ukraynaya maliyyə və hərbi dəstək verməyəcək.

 

Bu halda yeganə alternativ Avropa ölkələrinin ABŞ-dan pulunu ödəmək şərtilə silah və hərbi texnika alıb onu Ukraynaya təhvil verməkdir. Pulgir Tramp buna razılaşacaq.

 

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Dəniz və okeanlarda suyun tempraturu rekord həddə çatdı – Nə baş verir?

redaktor

“Mən ürək ağrısı ilə yazıram: Rusiya öz rolunu itirib” – Markedonov

redaktor

Paşinyan bu tarixdə Azərbaycana gələ bilər – SENSASİYA

redaktor