29 C
Bakı
14 Avqust 2025 18:27
DünyaSiyasət

NATO fəaliyyətini dayandıra bilər – Admiral

NATO fəaliyyətini dayandıra bilər - Admiral

“Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) hazırkı formada ABŞ və onun avropalı üzvləri arasında Ukraynaya dəstək məsələsində fikir ayrılıqları səbəbindən fəaliyyətini dayandıra bilər”.

 

“The Daily Telegraph”a istinadən xəbər verir ki, bu fikri Avropadakı Müttəfiq Qüvvələrin keçmiş Ali Baş Komandanı, admiral Ceyms Stavridis bildirib.

“Ola bilsin ki, biz NATO-nun sonunun və Avropa Müqaviləsi Təşkilatı adlandırıla biləcək təşkilatın başlanğıcının şahidi oluruq”, – deyə o bildirib.

 

Stavridis qeyd edib ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin epik ölçülərdə geosiyasi səhvə çevrilmiş Kiyevə hərbi yardımı davam etdirmək istəmədiyini açıq şəkildə bildirib: “İndi Avropa üçün yaşıl işıq yanır və onlar addım atmalı və bununla davam etməli olacaqlar”.

 

O, hesab edir ki, ABŞ-nin Ukraynaya münasibətdə davranışı, eləcə də Vaşinqtonun müdafiə xərclərini artırmaq üçün avropalı müttəfiqlərinə təzyiqi alyansın ürəyinə zərbə vurur və NATO daxilində qarşılıqlı etimad məsələsini gündəmə gətirir. (Modern.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qara dənizdə “əsrin qasırğası” tüğyan edir: Krımda yüzlərlə insan təxliyə edilib…

admin

Ərdoğan planlarını açıqladı

redaktor

Ukrayna Rusiyanın 1200 km dərinliyini necə vurdu?

admin