4 C
Bakı
27 Dekabr 2025 02:06
Dünya

Berlində İlon Maskın mağazasına boya tökdülər

Almaniyada “Yeni nəsil” hərəkatının ətraf mühit fəalları etiraz əlaməti olaraq amerikalı sahibkar İlon Maska məxsus “Tesla” şirkətinin Berlindəki mağazasının pəncərəsinə boya töküblər.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Almaniyanın “Tagesspiegel” nəşri məlumat yayıb.

 

Qeyd olunur ki, hadisə Mitte rayonundakı “Mall of Berlin” ticarət mərkəzində baş verib. Keçirilən əməliyyat tədbirləri zamanı vandalizmi törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

“Hər üçünün əlində karton plakatlar var idi. Onlardan birində özlərini “Yeni nəsil” qrupunun üzvləri kimi təqdim ediblər. “Son nəsil” iqlim dəyişikliyinə qarşı etiraz qrupu indi özünü belə adlandırır”, – bəyanatda bildirilir.

 

Məlumata görə, plakatlarda hərəkatın sağçılara və varlılara qarşı olduğu bildirilib ki, bu da “Tesla” şirkətinin baş direktoruna işarə edir.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan rəhmətlik Vəzirovu xatırlatdı…-VİDEO

redaktor

“Fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam” – Pezeşkian

redaktor

Türkiyə hərbçiləri Ukraynaya sülhməramlı kimi göndərilə bilər

redaktor