11 C
Bakı
30 Mart 2026 03:02
DünyaGündəmSiyasət

ABŞ vasitəçiliyi bitdi: Türkiyə meydana girir.

Avropa liderlərinin martın 2-də Londonda baş tutacaq görüşündə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Ukrayna ilə Rusiya arasında sülh danışıqları ilə bağlı təklifini təsdiq edəcək.

 

Bu barədə “Röyters” agentliyinə türkiyəli diplomat bildirib.

 

Agentlik xatırladıb ki, Türkiyə 2022-ci ildə Ukrayna ilə Rusiya arasında ilk danışıqlara ev sahibliyi edib. Ankara taxıl yüklərinin Qara dənizdən təhlükəsiz keçməsinə dair sazişin bağlanmasına da kömək edib.

 

Mənbə qeyd edib ki, Fidan bu gün Avropa liderlərinə Türkiyənin “ədalətli və davamlı sülh” tapmaq səyləri barədə məlumat verəcək, həmçinin Ankaranın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini təsdiq edəcək.

 

Mənbənin sözlərinə görə, Fidan Türkiyənin gələcək danışıqlarda mühüm rol almağa hazır olduğunu vurğulayacaq. O, həmçinin bəyan edəcək ki, danışıqlar zamanı bütün tərəflər birgə əsas diqqəti güclü regional təhlükəsizlik və sabitliyə, o cümlədən iqtisadi rifaha yönəltməlidir. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Əkrəm İmamoğlu həbs edildi

redaktor

DAHA ASAN OLMAYACAQ: 2023-cü il üçün bədbin proqnozlar verildi

redaktor

DYP-dən türkiyəli blogerin rüşvət iddialarına cavab: “Cəriməni nağd ödəyib”

admin