12 C
Bakı
28 Mart 2026 07:11
Dünya

Kiyevdə etiraz aksiyası keçirildi

Ukraynanın paytaxtı Kiyevin mərkəzində mitinq keçirilib.

 

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, aksiya iştirakçılarının əksəriyyəti müharibə müddətində itkin və əsir düşən hərbçilərin valideynləri və ailələridir. Onlar beynəlxalq təşkilatlardan və hökumətdən yaxınlarının tapılmasını və ya azad olunmasını tələb və xahiş ediblər. Əsasən Kiyev sakinlərindən ibarət olan aksiyaçılara, bölgələrdən də qatılanlar var.

 

Polis aksiyaçıları müşayiət edib. İştirakçılar Kiyevin mərkəzi Maydana toplaşıblar. Etirazçılar bildiriblər ki, aksiyaları növbəti günlərdə də davam etdirəcəklər.

Tacxeber.com

Oxşar xəbərlər

Qalustyan: Teraktı törədən qadın erməni olsa, batdıq…

redaktor

Rusiyanın kinli cəhdi: gəmiləri partlatmaq istəyir.

admin

Bu ölkədən gətirilən yumurtadan 80 nəfər infeksiyaya yoluxdu

redaktor