24 C
Bakı
22 İyun 2025 17:33
DünyaGündəm

AZAL-ın bələdçisi Ramzan Kadırovun mükafatından İMTİNA ETDİ

Ramzan Kadırov AZAL-ın qəzaya uğrayan təyyarəsinin sağ qalan əməkdaşları Zülfiqar Əsədov və Aydan Rəhimlini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif etməyə qərar verib.

 

Maraqlıdır, bələdçilər həmin medalı qəbul edəcəklərmi?

 

Tacxeber.comxəbər verir ki, Teleqraf-ın əməkdaşı bu sualla bələdçi Zülfiqar Əsədova müraciət edib.

 

Onun cavabını təqdim edirik:

“Biz uçduğumuz məkana sağ-salamat çatmalı və eniş etməli idik. Şokdayam, hələ də yaşadığımız o hadisədən nəticə çıxara bilmirəm. Niyə belə elədilər?! Bəli, bu haqda məlumatlıyam, Ramzan Kadırov tərəfindən mükafata layiq görülmüşük. Amma mən “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalını qəbul etməyəcəm.

 

Səbəbi isə odur ki, onların səhvlərinin ucbatından günahsız 38 sərnişin həlak oldu. Mənə çox kədərlidir və mükafatı qətiyyən qəbul etmək istəmirəm və istəmərəm də. Bizə bu mükafat lazım da deyil. Cənab Prezident İlham Əliyev sağ olsun, bizi yüksək dəyərləndirib və lazımınca qiymət verib. Dövlət başçımız bizi 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib. Amma yenə də deyirəm ki, heç vaxt Ramzan Kadırov tərəfindən təqdim edilən “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalını qəbul etməyəcəm. Bizi uçduğumuz yerdə vurdular. Günlərlə düşünürəm ki, niyə belə etdilər?! İnsanların nə günahı var idi ki, onlar belə dəhşətli qəza nəticəsində vəfat etdilər. Bizim mülki təyyarəmizə atılan zərbəyə görə kədərlənirəm. Hələ də bu hadisənin təsirindəyəm”.

Tacxeber.com

Oxşar xəbərlər

İranda aksiyalar davam edir, müxtəlif şəhərlərdə Azərbaycan bayrağı qaldırılıb

redaktor

Əsəd devriləndən sonra ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

redaktor

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

redaktor