Cəmiyyət

Polislər niyə qapı-qapı sorğu aparır? – DİN-dən AÇIQLAMA

Son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir.

 

Tacxeber.comxəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə çox sayda paylaşımlar edilir. Qeyd olunur ki, DİN əməkdaşları mənzilin kimin adına olduğunu və s. soruşur. Bu vəziyyət paytaxt sakinlərinin bəziləri arasında narahatlığa səbəb olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bu sorğuların nə üçün aparılması məsələsinə aydınlıq gətirib:

 

“Yaşayış sahələrində kriminal vəziyyətin diqqətdə saxlanılmasına, yaxud tam aradan qaldırılmasına xidmət edən profilaktik tədbirdir. Daha təfərrüatlı sakinlərin təhlükəsizliyinə xidmət edir. DİN-dən polisə göstəriş verilib ki, inzibati ərazidə kim yaşayır bilsin, qeydiyyatı olmayan şəxslərin qeydiyyat məsələləri həll edilsin. Başqa sözlə, bu evlər, kriminal vərdişlərin alətinə çevrilməsin”,  – deyə DİN rəsmisi bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Tural Sadıqlının əmisinin üstündən qumbara çıxıb. Lazım olsaydı lap tank da çıxardı, helikopter də.

admin

“Kəpəz” “Neftçi”ni 4 qol vuraraq məğlub etdi – Azər Bağırovun Gəncə klubunda ilk qələbəsi

admin

Elman Paşayevə qarşı dələduzluq ittihamı irəli sürüldü

redaktor