24 C
Bakı
23 İyun 2025 11:46
Dünya

O zirehli texnikaya Hökümənin adı verildi – VİDEO

Qazaxıstanda istehsal olunan hərbi xarakterli zirehli ambulans maşınına Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı verilib.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan “Paramount Engineering and Weapon Systems Engineering”in təsisçisi, ölkənin İqtisadi Müstəqillik Hərəkatının Lideri Aybek Barış sosial media hesabında məlumat verib.

 

“Baxın bu ambulansın adı Hökümə Əliyevadır. O, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin ekipaj üzvü idi.

 

Öz həyatının sonlanacağını bildiyi halda həyəcan keçirmədən, son ana kimi insanların həyatını xilas etmək üçün mübarizə aparan qəhrəman…

 

Buna görə, o, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qəhrəmanıdır. Bu ambulansın da məqsədi insanların həyatını xilas etməkdir. Hökümənin ruhu şad olsun! Hamımız sağlam və güvəndə olaq” , – sözlərini  deyib.

 

Milli Qəhrəmanın adı verilən həmin texnikanın görüntülərini təqdim edirik:

 

Oxşar xəbərlər

12 ildir Niderlandda yaşayıram, İlham Əliyevin yürütdüyü siyasət Avropada doğulmuş qızımın da həyatına təsir edib.

admin

Zukerberq dünyanın sonuna hazırlaşır: BUNKER TİKİR – FOTO

redaktor

Kommunal xərcləri ödəməmək üçün maşınında yaşayır

redaktor