24 C
Bakı
11 Avqust 2025 22:16
Cəmiyyət

Hücumlar zamanı dövlət əhəmiyyətli məlumatlar sızdırılıb? – Açıqlama

 

Xəbər verdiyimiz kimi, son günlərdə Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar edilir. Açıqlamalarda qeyd olunur ki, bu DDoS hücumudur.

 

Tacxeber.comxəbər verir ki, texnobloger Fərid Pərdəşünas DDoS hücumunun mahiyyətinə aydınlıq gətirib:

 

“Bu hücumun əsas məqsədi hədəfə alınan sayta çox sayda IP (botnet şəbəkədən) yönəltməklə, saytı yükləmək və əlçatanlığını dayandırmaqdır.

 

Yəni bu hücumlar nəticəsində serverlərə giriş, məlumatların oğurlanması və çıxarılması baş vermir. Son 2 gündə olan hücumlar da məhz dediyim DDoS növündəndir. Bəzi media qurumları xəbəri doğru tirajlamırlar və elə anlaşılır ki, dövlət əhəmiyyətli məlumatlar sızdırılıb”, – deyə o əlavə edib.

 

Qeyd edək ki, son günlərdə AzTV, ASAN Xidmət, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi  və 25-dən çox dövlət qurumunun rəsmi saytları kütləvi DDOS hücumlarına məruz qalıb.

 

Onu da əlavə edək ki, eyni zamanda bir neçə gün əvvəl bir sıra yerli KİV isə peşəkar şəkildə təşkil olunmuş, planlaşdırılmış kiberhücumə məruz qalıb. Açıqlamalarda bu hücumun adi DDoS hücumu olmadığı vurğulanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Müdafiə naziri: “İranın nüvə proqramı məhv edildi”

redaktor

İranın İsrailə yeni hücumu: “Mossad”ın qərargahını və aviabazaları vurdular

redaktor

Məhkəmə siyasi məhbus hesab edilən jurnalistin nikaha daxil olması ilə bağlı verdiyi vəsatətə vəsatət təmin etməyib.

admin