26 C
Bakı
21 İyun 2025 18:54
CəmiyyətHadisə

“Bloomberg”in də Azərbaycanda müxbir akkreditasiyasının ləğv edildiyi bildirilir

Bundan öncə “BBC News” və “Sputnik”in Azərbaycandakı nümayəndəlikləri, o cümlədən “Amerikanın səsi” radiosunun müxbir akkreditasiyası ləğv edilmişdi.

 

“Bloomberg” agentliyinin Azərbaycanda müxbir akkreditasiyasının ləğv edildiyi haqqında məlumat yayılıb.

Bu barədə Tacxeber.com “Report”a istinadən xəbər verir.

 

Qeyd edək ki, daha öncə “BBC News” və “Sputnik”in Azərbaycandakı nümayəndəlikləri, o cümlədən “Amerikanın səsi” radiosunun müxbir akkreditasiyası ləğv edilib.

2024-cü il dekabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın bir neçə mətbu və media orqanına müsahibəsində demişdi ki, Azərbaycan mediası xaricdən hətta 1 faiz belə maliyyələşə bilməz.

 

“Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?! Lazım deyil. Onlar “Amerikanın səsi” və “Azadlıq” radiosu kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar” – İlham Əliyev bildirmişdi.

Tacxeber.com

 

Oxşar xəbərlər

Bakıda atası tərəfindən bıçaqlanan iki yaşlı körpənin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

redaktor

Yeni doğulan uşağı göstərmədilər, ata özünü yandırdı – BAKIDA

admin

Tanınmış plastik-cərrah Novxanıda bağ evində öldürüldü – FOTO

redaktor